Ana Sayfa > Karusel > Tağı Əhmədovun yerinə seçilən Qasım Abdullayev kimdir...
Tağı Əhmədovun yerinə seçilən Qasım Abdullayev kimdir...2-02-2024, 15:05. Yazar: Admin |
Azərbaycan Memarlıq və İnşaat Universitetində kadr dəyişikliyi olub. Belə ki, universitetin Nəqliyyat və logistika kafedrasının müdiri Tağı Əhmədov işindən ayrılıb. Bu barədə Qarabaginfo.az-a universitetin mətbuat katibi Nicat Abdullayev məlumat verib. Universitetin mətbuat katibi Nicat Abdullayev saytımıza açıqlamasında bildirib ki, Tağı Əhmədov hələ bir ay öncə özü istefa verib. "Tağı müəllim uzun müddət idi ki, xəstəydi. Buna görə də özü Memarlıq və İnşaat Universitetindəki kafedra müdiri vəzifəsindən istefa verdi. Onun yerinə texnika elmləri doktoru Qasım Abdullayev seçilib. Bir ay əvvəldən artıq seçim həyata keçirilib. Tağı müəllim uzun illər universitetimizdə fəaliyyət göstərib, öz sahəsini çox yaxşı bilən mütəxəssislərdən biridir", - N.Abdullayev deyib. Tağı Əhmədov 1998-ci ildən 2014-cü ilə kimi Bakı Metropoliteninin rəisi işləyib. Geri dön |