Ana Sayfa > Karusel / Sosial > Yanvarda 281 nəfərə vaksin vurulub

Yanvarda 281 nəfərə vaksin vurulub


2-02-2024, 11:31. Yazar: Admin

Yanvarda 281 nəfərə vaksin vurulub

Son bir ayda Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 281 doza vaksin vurulub.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Qarabaqinfo.az-a bildirilib ki, birinci doza üzrə vurulan vaksinlərin sayı 44, ikinci doza vaksinlərin sayı 25, üç və daha çox doza vaksinlərin sayı 183, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 29-dur.

 

Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 970 min 733, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 413 min 680, ikinci mərhələ üzrə 4 milyon 884 min 398, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 406 min 119, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 266 min 536-dır.

 


Geri dön