Ana Sayfa > Karusel / Region > İran ordusu ABŞ-ın hucum təhlükəsi ilə bağlı hazırlıq vəziyyətinə gətirilib

İran ordusu ABŞ-ın hucum təhlükəsi ilə bağlı hazırlıq vəziyyətinə gətirilib


2-02-2024, 10:52. Yazar: Admin

İranın ali dini lideri Əli Xameneyi ABŞ-la birbaşa hərbi toqquşmadan çəkinməyi əmr edib.

Qarabaginfo.az bildirir ki, bu barədə “The New York Times” qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.

Mötəbər mənbə nəşrə bildirib ki, bu həftənin əvvəlində İranın Milli Təhlükəsizlik Şurası fövqəladə iclas keçirib. Suriya-İordaniya sərhədindəki Tanf bölgəsində PUA hücumu nəticəsində 3 amerikalı hərbçinin ölümündən sonra Vaşinqtonun İrana və ya onun tərəfdarlarına mümkün zərbələri müzakirə olunub. Bu zərbələr endirəcəyi təqdirdə Tehranın görməli olacağı tədbirlər danışılıb.

Vaşinqton hücumda “İraqın İslami Müqaviməti” hərəkatının bir hissəsi olan “Kətaib Hizbullah” qruplaşmasının əli olduğunu ehtimal edir.

Qəzet yazır ki, Xamneyi görüşün nəticələri barədə məlumat aldıqdan dərhal sonra göstərişlər verib: ABŞ-la birbaşa toqquşmadan qaçmaq və İranla amerkanların ölümdə əli olan qruplar arasında məsafə saxlamaq.

Nəşr qeyd edir ki, eyni zamanda İranın ruhani lideri ABŞ-ın İrana hücum edəcəyi təqdirdə cavab zərbəsinə hazırlaşmağı əmr edib.

Bir neçə mənbə “The New York Times”a bildirib ki, İran silahlı qüvvələri yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib, İraqla sərhəddə ballistik raketlər yerləşdirilib və hava hücumundan müdafiə sistemləri işə düşüb.


Geri dön