Ana Sayfa > Karusel / Kriminal > DİN və Pentensiar Xidmət birgə əməliyyat keçirib- FOTO

DİN və Pentensiar Xidmət birgə əməliyyat keçirib- FOTO


1-02-2024, 13:38. Yazar: Admin

Daxili İşlər Nazirliyi və Ədliyyə Nazirliyinin Penitensiar Xidməti birgə əməliyyat keçirib.

Pentensiar Xidmətdən verilən xəbərə görə, yanvarın 31-də Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində Zahid Balakərim oğlu Cəbrayılova məxsus bir ədəd “Karabin” markalı odlu silah və 2 ədəd güllə Binəqədi rayonu 7-ci mikrorayon ərazisində aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.


Geri dön