Ana Sayfa > Karusel / Siyasət > Ayxan Hacızadədən Çexiya Deputatlar Palatasının spikerinə cavab

Ayxan Hacızadədən Çexiya Deputatlar Palatasının spikerinə cavab


31-01-2024, 17:41. Yazar: Admin

ayxan-hacizadeden-cexiya-deputatlar-palatasinin-spikerine-cavab

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Çexiya parlamentinin Deputatlar Palatasının spikeri Marketa Pekarova Adamovaya cavab verib.

Qarabaginfo.az xəbər verir ki, A.Hacızadə bununla bağlı “X” hesabında paylaşım edib:

Onun sözlərinə görə, Adamova feyk erməni rəvayətlərinə əsaslanan məsələləri şərh etmək əvəzinə, erməni ev sahiblərindən Ermənistanın öz konstitusiyasında və qanunvericiliyində qonşularına qarşı ərazi iddialarını nə vaxt aradan qaldıracağını soruşsaydı, daha uyğun olardı. 

Xatırladaq ki, Marketa Pekarova Adamova Ermənistana səfər edib və erməni həmkarı Alen Simonyanla görüşüb.


Geri dön