Ana Sayfa > Karusel / Region > Ukrayna yazda yeni əks-hücum əməliyyatına başlayacaq

Ukrayna yazda yeni əks-hücum əməliyyatına başlayacaq


31-01-2024, 16:56. Yazar: Admin

Ukrayna Silahlı Qüvvələri bu ilin yazında yeni əks-hücum əməliyyatına başlayacaq.

Azpost.info xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov bildirib.

“Hazırda hücum etmək növbəsi düşməndədir. Rusiya ordusunun hücumu bitəcək, sonra bizimkilər başlayacaq”, – Budanov “The Telegraph” qəzetinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, Rusiya qüvvələri tükənəcək və yazın əvvəlinə hücum əməliyyatları keçirə bilməyəcək.

“Rusiya qış hücumları zamanı Donetsk və Luqansk vilayətlərinin işğal olunmamış hissələrini tutmağı planlaşdırırdı. Bununla belə, Moskva bu məqsədlərə çatmağa heç də yaxın deyil”, – Budanov deyib.


Geri dön