Ana Sayfa > Karusel / Səhiyyə > Revmatik xəstəliklər bir çox daxili orqanların tutulmasına səbəb olur

Revmatik xəstəliklər bir çox daxili orqanların tutulmasına səbəb olur


31-01-2024, 15:45. Yazar: Admin

Revmatik xəstəliklər ilk növbədə əzələ-skelet sisteminə təsir edir. Lakin onlar bir çox daxili orqanların tutulmasına da səbəb olan xroniki xəstəliklərdir.

Bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi “İnstagram” hesabında nazirliyin mütəxəssis-eksperti, terapevt Zakir Quliyev açıqlayıb.

Onun sözlərinə görə, revmatik xəstəliklərin yaranması daha çox genetik meyillilik, stress, infeksiyalar, autoimmun kimi multifaktorial səbəblər rol oynayır

“Revmatik xəstəliklərdə ən çox müşahidə edilən autoimmun səbəblərdir. Bir çox xəstəliklərdə anti-cisimlərin aşkarlanması bunu deməyə əsas verir. Revmatik xəstəliklərin bəzi növlərində infeksiyaların da böyük rolu var. Xüsusən streptokok infeksiyasına yoluxan insanlarda xəstəliyin xroniki hala keçməsi nəticəsində revmatizm inkişaf edə bilər”.

Mütəxəssis-ekspert qeyd edib ki, bir çox revmatik xəstəliklər genetik olaraq ötürülə bilər.

“Müəyyən genlərin mövcudluğu ilə xəstəliyə qarşı həssaslıq arta bilər”.


Geri dön