Ana Sayfa > Karusel / Region / İqtisadiyyat > Rusiyalı milyarderin 850 min dolları Ukrayna büdcəsinə köçürüldü

Rusiyalı milyarderin 850 min dolları Ukrayna büdcəsinə köçürüldü


31-01-2024, 14:05. Yazar: Admin

Ukrayna büdcəsinə Rusiyadan ələ keçirilən ilk 850 min dollar daxil olub.

Qarabaginfo.az xəbər verir ki, bu barədə ölkənin dövlət əmlak fondunun rəhbəri Vitali Koval bildirib.

Onun sözlərinə görə, bu vəsait rusiyalı milyarder Oleq Deripaskanın əlindən alınıb.

“Ukraynanın düşmənlərinin vəsaitləri infrastrukturun bərpasına sərf olunur. Artıq dövlət büdcəsinə 32 milyon qrivnadan çox vəsait köçürülüb. Bu, hökumətin, Ədliyyə Nazirliyinin, hüquq-mühafizə orqanlarının və məhkəmə sisteminin birgə işi sayəsində mümkün olub. Fond bərpa edilmiş aktivlərin mümkün qədər səmərəli şəkildə idarə edilməsi və sərəncam verilməsi üçün tədbirlər görür”, – Koval deyib.


Geri dön