Ana Sayfa > Karusel / Region / İqtisadiyyat > “Qərb dollardan silah kimi istifadə edir”- LAVROV

“Qərb dollardan silah kimi istifadə edir”- LAVROV


31-01-2024, 12:32. Yazar: Admin

Qərb öz siyasi problemlərini həll etmək üçün dollardan silah kimi istifadə edir.

Qarabaginfo.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

Onun sözlərinə görə, beynəlxalq maliyyə qurumlarının valyutaları və qrantları məcburetmə vasitəsi kimi istifadə olunur.

“Dollar, hamı üçün siyasi problemlərin həlli üçün ya aktiv, ya da potensial silahdır”, – nazir deyib.

Lavrov qeyd edib ki, birtərəfli sanksiyalar qurulmuş istehsal zəncirlərini və onların inkişaf perspektivlərini sarsıdır. Bu, ilk növbədə Asiya, Afrika və Latın Amerikası ölkələrinə aiddir.


Geri dön