Ana Sayfa > Karusel / Dünya > Ermənistan xarici siyasətini NATO-ya doğru dəyişib - Kolomina

Ermənistan xarici siyasətini NATO-ya doğru dəyişib - Kolomina


31-01-2024, 11:51. Yazar: Admin

 

Ermənistan xarici siyasətini NATO-ya doğru dəyişib - Kolomina

"NATO İrəvanın xarici və müdafiə siyasətində Alyansa doğru dəyişməsindən çox ruhlanır və daha da yaxınlaşmanı istəyir".

 

Qarabaqinfo.az xəbər verir ki, NATO-nun Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina bunu “Armenpress”ə müsahibəsində bildirib.

 

O qeyd edib ki, son bir neçə ildə Ermənistan NATO ilə əməkdaşlığı siyasi və praktiki olaraq intensivləşdirməyə qərar verib.

 

“Bilirəm ki, bu çətin bir qərardır və yəqin ki, uzun vaxt aparacaq, lakin biz, şübhəsiz ki, tərəfdaşlarımızı bizə yaxınlaşmağa təşviq edirik və Ermənistan da bunu edir”, - Kolomina deyib.


Geri dön