Ana Sayfa > Karusel / Səhiyyə > Əməliyyat zamanı ölən şəxslə bağlı - Rəsmi açıqlama

Əməliyyat zamanı ölən şəxslə bağlı - Rəsmi açıqlama


30-01-2024, 17:33. Yazar: Admin

emeliyyat-zamani-olen-sexsle-bagli

Xəbər verdiyimiz kimi, ötən gün Göyçay Rayon Mərkəzi Xəstəxanasında əməliyyat olunan rayon sakini, 1961-ci il təvəllüdlü Sahib Cavadov vəfat edib.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Qarabaginfo.az-ən sorğusuna cavab olaraq bildirilib ki, şəxs əməliyyat zamanı vəfat edib:

“Göyçay Rayon Mərkəzi Xəstəxanasının Şüa diaqnostika şöbəsində rentgen-texnik vəzifəsində çalışan Göyçay rayon sakini 1961-ci il təvəllüdlü (cinsi kişi) şəxs yanvarın 29-da həkim-travmatoloq tərəfindən sol ayağın birinci barmağının distal falanqasının xroniki osteomieliti, barmağın fleqmonası, şəkərli diabet tip 2, ağır forma, sol ayağın V barmağın qazanılma olmaması diaqnozu ilə əməliyyata alınıb. Əməliyyat zamanı ağciyər arteriyasının trombemboliyası diaqnozu ilə dünyasını dəyişib”.

Qeyd edək ki, hadisə ilə bağlı araşdırma aparılır.


Geri dön