Ana Sayfa > Karusel / Qarabağ > Xankəndidə sahibkarlıqla məşğul olmaq üçün 107 müraciət daxil olub

Xankəndidə sahibkarlıqla məşğul olmaq üçün 107 müraciət daxil olub


30-01-2024, 13:24. Yazar: Admin

Anti-terror əməliyyatı nəticəsində işğaldan azad olunmuş, o cümlədən Xankəndi şəhərində sahibkarlığın inkişafı ilə bağlı biz sahibkarlıq subyektlərinə müraciət etmişdik.

Bunu Əmlak Məsələləri Dövlət Xidmətinin 2023-cü il ərzində fəaliyyətinə və qarşıda duran vəzifələrə dair mətbuat konfransında xidmət rəsi Mətin Eynullayev deyib.

O bildirib ki, bu günə qədər ümumilikdə 107 mülki və fiziki şəxsin müraciəti daxil olub.

“Biz sahələri 3 əsas istiqamətə şərti olaraq bölmüşük. Birinci istiqamət – həyat təminedici sahələrdi: ticarət, ictimai-iaşə, məişət xidməti, yanacaq doldurma və s. Bu istiqamətdə iki yanacaq doldurma məntəqəsi fəaliyyətə başlayıb.

Mobil-operator ve çörək bişirmə sexi artıq Xankəndi şəhərində fəaliyyətə başlayıb. Həmin obyektlərdə 23 nəfər işlə təmin olunub. Onlardan 5-i (22%-i) məcburi köçkünlərdir”, – o deyib.


Geri dön