Ana Sayfa > Karusel / Dünya > Putin seçkiqabağı debatlara çıxmayacaq

Putin seçkiqabağı debatlara çıxmayacaq


29-01-2024, 17:38. Yazar: Admin

 

Putin seçkiqabağı debatlara çıxmayacaq

Rusiya prezidenti Vladimir Putin seçkiqabağı debatlarda iştirak etməyəcək.

Qarabaqinfo.az xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Mən prezidentin mətbuat katibiyəm. Prezident seçkiqabağı debatlarda iştirak etmir”, - o, jurnalistlərə bildirib və bu mövzuda digər sualları Vladimir Putinin seçki qərargahına yönləndirib.

Rusiya Federasiyası Mərkəzi Seçki Komissiyası seçici imzalarının yoxlanılmasının nəticələrinə əsasən, Vladimir Putinin Rusiya Federasiyasının prezidenti vəzifəsinə namizəd kimi qeydə alınması barədə qərar qəbul edib.


Geri dön