Ana Sayfa > Karusel / İqtisadiyyat > Hesablayıcı Komissiyanın tərkibi TƏSDİQLƏNƏCƏK

Hesablayıcı Komissiyanın tərkibi TƏSDİQLƏNƏCƏK


29-01-2024, 17:08. Yazar: Admin

Hesablayıcı Komissiyanın tərkibi TƏSDİQLƏNƏCƏK

 

Milli Məclisin yaz sessiyasında Hesablayıcı komissiya yenidən müəyyənləşəcək.

 

Qarabaginfo.az xəbər verir ki, bu barədə  parlamentin yaz sessiyası üzrə ilk plenar iclasının gündəliyinə daxil edilən "Milli Məclis Hesablayıcı komissiyasının yaradılması haqqında Milli Məclisin qərar layihəsində" əksini tapıb.

 

Komissiya üzvlüyünə aşağıdakı deputatların namzidəliyi irəli sürülüb:

 

1. Allahverdiyev Elnur Marat oğlu

2. Əliyev Rauf Asif oğlu

3. Hacıyev Emin Məcid oğlu

4. Hüseynova Sevinc Əmirəhməd qızı

5. Quliyev Eldar Allahyar oğlu

6. Vəliyeva Sədaqət Süleyman qızı

7. Zabelin Mixail Yuryeviç.

 

Bu deputatlar Hesablayıcı komissiyanın əvvəlki tərkibdə də təmsil olunublar. Yəni, komissiya əvvəlki tərkibdə təsdiqlənəcək.

 

Qeyd edək ki, qərar layihəsi parlamentin fevralın 1-də keçirilməsi nəzərdə tutulan plenar iclasında müzakirəyə çıxarılacaq.


Geri dön