Ana Sayfa > Karusel / Hadisə > Mərhum deputatın qeyri-etik hərəkətlər edən nəvəsi - Bakıda etiraz doğurub

Mərhum deputatın qeyri-etik hərəkətlər edən nəvəsi - Bakıda etiraz doğurub


29-01-2024, 15:34. Yazar: Admin

Mərhum deputatın qeyri-etik hərəkətlər edən nəvəsi - Bakıda etiraz doğurub

Sosial şəbəkələrdə yetkinlik yaşına çatmayan şəxsin qeyri-etik hərəkətləri müzakirə olunur, onun barəsində hüquqi məsuliyyət tədbirinin seçilməsi tələb edilir.

Həmin yeniyetmə Milli Məclisin mərhum vitse-spikeri Afiyəddin Cəlilovun onun adını daşıyan nəvəsi, “Armada Distrubition” şirkətinin rəhbəri olan Nihad Cəlilovun oğlu Afiyəddin Cəlilovdur.

Yeniyetmə ən azı xırda xuliqanlıq edir, ictimai qaydadnı pozur, şəxslər üzərində zor tətbiq edir və s.

İnzibati Xətalar Məcəlləsinin 16.1-ci maddəsinə görə, 16 yaşı tamam olmuş fiziki şəxslər inzibati məsuliyyətə cəlb olunurlar.

Lakin Afiyyədin Cəlilovun 15 yaşı var.

Qarabaqinfo.az xəbər verir ki, hüquq müdafiəçisi Rüfət Səfərov bu yeniyetmənin hərəkətlərinə görə ailəsilə yanaşı, Elm və Təhsil Nazirliyinin də məsuliyyət daşıdığını bildirib.

“Eləcə də yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın qərarı və valideynlərinin razılığı ilə çətin tərbiyə olunan yeniyetmə təhsil aldığı tam orta məktəbdən çıxarılmalı, açıq tipli xüsusi təlim-tərbiyə müəssisəsinə qəbul edilməlidir.

Bundan başqa, çətin tərbiyə olunan yeniyetmənin valideynləri, xüsusilə də adı cəmiyyətə tanış olan “Armada Distrubition” şirkətinin rəhbəri Nihad Cəlilov inzibati məsuliyyətə cəlb edilməli, işin hallarına uyğun olaraq ya xəbərdarlıq edilməli, ya da cərimə olunmalıdır.

Belə ki, İnzibati Xətalar Məcəlləsinin 89.1-ci maddəsinə görə yetkinlik yaşına çatmayanların tərbiyə və təlimi vəzifələrinin valideynlər və ya onları əvəz edən şəxslər tərəfindən üzrlü səbəblər olmadan yerinə yetirilməməsinə və ya lazımınca yerinə yetirilməməsinə görə xəbərdarlıq edilir və ya qırx manatdan altmış manatadək məbləğdə cərimə edilir.

Əgər araşdırma zamanı məlum olsa ki, yeniyetmə qeyd edilən hərəkətləri spirtli içkinin, narkotikin, psixotrop maddəsnin və s. təsiri altında edib, onda valideynin - Nihad Cəlilovun cəzası daha da ağırlaşır.

Belədə o, 60 manatdan 100 manatdək məbləğdə cərimə edilir”.

Hüquq müdafiəçisi deyib ki, yeniyetmənin psixi problemlərinin olması da mümkündür:

“Psixiatriya stasionarına yerləşdirmək üçün əsaslar da ola bilər ki, bundan da ilk növbədə valideynlər narahat olmalıdır, yox, əgər onların veclərinə deyilsə, rəsmi qurumlar “Psixatriya haqqında” qanuna uyğun surətdə hərəkətə keçməlidirlər.

Bütün hallarda bu yeniyetməyə hansısa şəkildə sahib çıxmaq lazımdır, əks təqdirdə son dövrlərdə sosial mediada yayılmış görüntülərdən də görünür ki, günün birində faciə olacaq...”.

DİN mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev mediaya açıqlamasında deyib ki, vətəndaşlara qarşı qeyri-etik hərəkətlər edən yeniyetmə xəstəxanaya yerləşdirilib.

O bildirib ki, yetkinlik yaşına çatmayan şəxs A.Cəlilov valideyni ilə birgə polis idarəsinə dəvət olunaraq araşdırılıb:

"Valideynin iştirakı ilə onun sağlamlıq vəziyyəti nəzərə alınaraq müvafiq xəstəxanaya yerləşdirilməsi təmin olunub".


Geri dön