Ana Sayfa > Karusel / Gündəm > Bakıda valideynlər uşağa işgəncə verib diləndirirmiş - ŞOK İDDİA
Bakıda valideynlər uşağa işgəncə verib diləndirirmiş - ŞOK İDDİA29-01-2024, 11:20. Yazar: Admin |
“Bakı Metropoliteni”nin polis əməkdaşları diləndirilən 9 yaşlı uşağı aşkarlayıblar.
Qarabaqinfo.az verir ki, bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə feysbuk səhifəsində yazıb.
Onun sözlərinə görə, uşaq evinə qaytarılmamaq üçün polislərə yalvarıb:
“Uşaq dəhşətlər yaşayıb... Təhsildən yayındırılıb. Bədənində iltihablı yaralar var... Hər gün 70 manatdan çox pul qazanıb. O puldan özünə yemək xərci üçün götürəndə anası döyüb. Bu, azmış kimi, hər dəfə atasına da döydürüb. Valideynlər cəzalandırılmalıdırlar”, - Birliyin sədri qeyd edib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu məsələnin araşdırıldığını bildirib. Geri dön |