Ana Sayfa > Karusel / Gündəm > Ədliyyə Nazirliyinin vəzifələri artırıldı

Ədliyyə Nazirliyinin vəzifələri artırıldı


25-01-2024, 17:47. Yazar: Admin

Ədliyyə Nazirliyinin vəzifələri artırıldı

Daimi arbitraj təşkilatı kimi fəaliyyət göstərmək üçün qeyri-kommersiya hüquqi şəxslərini akkreditasiyadan keçirmək Ədliyyə Nazirliyinin fəaliyyət istiqamətlərinə daxil edilib.

 

Qarabaqifo.az-ın xəbərinə görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı “Arbitraj haqqında” Azərbaycan Respublikasının 2023-cü il 26 dekabr tarixli 1077-VIQ nömrəli Qanununun tətbiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında” fərmanda əksini tapıb.

 

Daimi arbitraj təşkilatı kimi fəaliyyət göstərmək üçün qeyri-kommersiya hüquqi şəxslərini akkreditasiyadan keçirmək və onların akkreditasiyasını ləğv etmək isə Ədliyyə Nazirliyinin vəzifələri sırasına daxil edilib.


Geri dön