Ana Sayfa > Karusel / Dünya > İstanbulun meri olmaq istəyən 5-ci NAMİZƏD

İstanbulun meri olmaq istəyən 5-ci NAMİZƏD


25-01-2024, 13:56. Yazar: Admin

İstanbulun meri olmaq istəyən 5-ci NAMİZƏD

Türkiyədə 31 martda keçiriləcək yerli seçkilərdə İstanbul bələdiyyəsinin sədrliyinə daha bir namizəd irəli sürülüb.

 

Qarabaqifo.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu, öz təşəbbüsü ilə namizəd olan bitərəf siyasətçi Taylan Yıldızdır.

 

Yıldız əvvəllər İYİ Partiyanın üzvü olub, sonradan istefa verib. İstanbul bələdiyyə məclisinin üzvü olan Yıldız sayca 5-ci namizəddir.

 

Bu vaxta kimi CHP-dən Ekrem İmamoğlu, AKP-dən Murat Kurum, Zəfər Partiyasından Azmi Karamahmutoğlu, İYİ Partiyadan Buğra Kavuncu namizəd elan olunub.


Geri dön