Ana Sayfa > Karusel / Dünya > Məhkəmə Ruben Vardanyanla bağlı qərar VERDİ

Məhkəmə Ruben Vardanyanla bağlı qərar VERDİ


25-01-2024, 12:28. Yazar: Admin

Məhkəmə Ruben Vardanyanla bağlı qərar VERDİ

Qondarma “Dağlıq Qarabağ Respublikasının dövlət naziri” olmuş Ruben Vardanyan barəsində seçilmiş qətimkan tədbirinin müddəti uzadılıb.

 

Qarabaqifo.az xəbər verir ki, Səbail Rayon Məhkəməsi Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə qərar qəbul edib.


Qərara əsasən, R.Vardanyanın həbsdə saxlama müddəti daha 4 ay uzadılıb.

 

Qeyd edək ki, Ermənistan vətəndaşı olan 1968-ci il təvəllüdlü R.Vardanyanın Cinayət Məcəlləsinin 214-1 (terrorçuluğu maliyyələşdirmə), 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların yaradılmasında və fəaliyyətində iştirak etmə) və 318.1-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməsinə əsaslı şübhələr müəyyən edilib.


Geri dön