Ana Sayfa > Karusel / Dünya > Fransadan qovulan ermənilər maşınla etirazçıları əzdilər - Ölən var

Fransadan qovulan ermənilər maşınla etirazçıları əzdilər - Ölən var


24-01-2024, 16:02. Yazar: Admin

Fransadan qovulan ermənilər maşınla etirazçıları əzdilər - Ölən var

Fransanın cənubunda yerləşən Aryex bölgəsində fermerlərin etiraz aksiyası zamanı ağır yol nəqliyyat hadisəsi baş verib. Məlumata görə, avtomobil yolu bağlayan etirazçıları əzib. Onlardan biri həyatını itirib, ikisi ağır yaralanıb.

 

Qarabaqinfo.az xəbər verir ki, Fransa mətbuatı hadisəni törədən şəxslərin Ermənistan vətəndaşı olduğunu yazıb.

 

Məlumata görə, qəzanı törədən avtomobildə 3 nəfər olub. Onlar 2022-ci ildən qaçqın statusu almaq istəyiblər, lakin ötən imtina cavabı alıb. Ermənistan vətəndaşları ölkəni tərk etməli idilər.

 

Ermənilər qəsdən adam öldürmə və ağır bədən xəsarətləri yetirmə maddələri üzrə açılan cinayət işi çərçivəsində məsuliyyətə cəlb edilib.

 

Polis  etiraz aksiyası keçirən fermerlərin qəsdən vurulub-vurulmadığını müəyyənləşdirir.


Geri dön