Ana Sayfa > Karusel / Gündəm > AŞPA-nın Azərbaycana qarşı iddiaları əsassızdır - AÇIQLAMA

AŞPA-nın Azərbaycana qarşı iddiaları əsassızdır - AÇIQLAMA


24-01-2024, 13:47. Yazar: Admin

 

AŞPA-nın Azərbaycana qarşı iddiaları əsassızdır - AÇIQLAMA

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasının ilk iclasında Azərbaycan nümayəndə heyətinin etimadnaməsi təsdiqlənməyib. Almaniyalı deputat Frank Şvabenin Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin təsdiqlənməməsi ilə bağlı təklifi dəstəklənib.

 

İclaslarda Azərbaycan nümayəndə heyəti iştirak etsə də, onların səsvermə hüququ məhdudlaşdırılıb. 

 

Təşkilat iddia edir ki, Azərbaycan Qarabağdan erməni sakinləri zorla çıxarıb. Amma bununla bağlı tam fakt qeyd edilməyib. AŞPA-nı narazı salan digər bir məsələ ondan ibarətdir ki, o, Azərbaycanda fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərinə dəvət almayıb. 

 

 

Fransalı tarixçi, tədqiqatçı Maksim Quin Qarabaqinfo.az-a bildirib ki, AŞPA-nın irəli sürdüyü iddialar əsassızdır:

 

“Avropa Şurasının insan haqları üzrə komissarı 2023-cü ilin oktyabrında, yəni Xankəndinin işğaldan azad edilməsindən bir ay sonra Qarabağa səfər edib və Hikmət Hacıyevlə görüşüb. Nəticə etibarı ilə şura məlumat çatışmazlığını iddia edə bilməz.


Missiyanın səfər edib-etməməsi ilə bağlı fikir ayrılığı başa düşüləndir, amma reaksiya başa düşülən deyil. Azərbaycan nümayəndə heyətini səsvermə hüququndan məhrum etməyə cəhd etmək düzgün deyil.

 

AŞPA-nın 2005-ci ilin yanvarında Qarabağın Ermənistan tərəfindən işğalına və azərbaycanlıların məruz qaldığı etnik təmizləməyə qarşı qətnaməsi və Avropa İnsan Haqları Məhkəməsinin 2015-ci ilin iyununda Ermənistanı işğalçı dövlət kimi pisləməsi kimi faktlar var. Ona görə də bu kimi halları nəzərə almaq lazımdır.

 

Onu da qeyd edim ki, təşəbbüs Almaniyadan gəlir, bildiyiniz kimi, orada erməni icması azdır və əksəriyyət türklərdir”.


Geri dön