Ana Sayfa > Karusel / Hadisə > 33 yaşlı kişi metronun qarşısında öldürüldü

33 yaşlı kişi metronun qarşısında öldürüldü


24-01-2024, 12:28. Yazar: Admin

33 yaşlı kişi metronun qarşısında öldürüldü

Yanvarın 24-də saat 11 radələrində paytaxtın Nizami rayonu, Koroğlu metrostansiyasının qarşısındakı mağazalardan birində 1991-ci il təvəllüdlü Nurlan Məmmədovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

 

Bu barədə Qarabaqinfo.az-a Nizami Rayon Prokurorluğundan məlumat verilib.

Araşdırma zamanı 1985-ci il təvəllüdlü Əhməd Hüseynovun aralarında yaranmış mübahisə zamanı Nurlan Məmmədova bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Hadisədən sonra Əhməd Hüseynov könüllü olaraq istintaqa təslim olub və şübhəli şəxs qismində tutulub.

 

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.


Geri dön