Ana Sayfa > Karusel / Dünya > ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi rusları əməkdaşlığa çağırıb

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi rusları əməkdaşlığa çağırıb


23-01-2024, 17:34. Yazar: Admin

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi rusları əməkdaşlığa çağırıb.

Qarabaginfo.az xəbər verir ki, MKİ-nin strukturunun sosial şəbəkələrində “Niyə MKİ ilə əlaqə saxladım: Vətən naminə” başlıqlı videorolik yayılıb.

Videorolikdə QRU-nun (Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahı Baş İdarəsi) 35 yaşlı əməkdaşının Rusiya dövləti qarşısındakı xidmətləri haqqında fikirləri əksini tapıb.

“QRU”-da mən ölkəmə xidmət etmək üçün yeni bir yol tapdım. Ən azından mən belə düşünürdüm. Lakin tezliklə başa düşdüm ki, Rusiyanın əsl düşməni öz daxilindədir. Elita ölkəni saraylar və yaxtalar üçün satdı, əsgərlərimiz isə çürük kartof çeynəyib, köhnə silahlarından atəş açırlar”, – o deyir.

Dediyinə görə, ruslar iş tapmaq üçün rüşvət verməyə məcburdurlar, elita isə korrupsiya ölkəni daxildən yeyərkən inanılmaz bahalı həyat tərzi keçirir.

Bundan sonra videodakı şəxs deyir ki, MKİ ilə əlaqə saxlayıb, çünki rus xalqının çiçəklənməsini və öz potensialına çatmasını, oğlunun isə arzuladığı Rusiyada yaşamasını istəyir.

Videonun sonunda MKİ-nin mesajının mətni görünür: “Ətrafınızdakı insanlar həqiqəti eşitmək istəməyə bilərlər. Biz istəyirik. Sən gücsüz deyilsən”.

Bundan sonra ABŞ kəşfiyyatı rusları təhlükəsiz şəkildə onunla əlaqə saxlamağa təşviq edir.


Geri dön