Ana Sayfa > Karusel / Dünya > Mirzoyan İrəvanın sülh prosesi prinsiplərini AÇIQLADI

Mirzoyan İrəvanın sülh prosesi prinsiplərini AÇIQLADI


23-01-2024, 16:44. Yazar: Admin

 

Mirzoyan İrəvanın sülh prosesi prinsiplərini AÇIQLADI

"Ermənistan üçün sülh prosesində bir neçə prinsip əsas olaraq qalır".

 

Qarabaqinfo.az  Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu ölkənin XİN başçısı Ararat Mirzoyan deyib:

 

"Ermənistan və Azərbaycan bir-birinin ərazi bütövlüyünü heç bir qeyri-müəyyənlik və fikir ayrılıqlarına yer buraxan dil olmadan tanımalıdır. Sərhəd SSRİ-nin səlahiyyətli orqanları tərəfindən yaradılmış və möhkəm hüquqi bazaya malik xəritələr əsasında müəyyən edilməlidir. Bu reallığı əks etdirən ən yeni xəritələr 1974-78-ci illərdəki xəritələrdir. Suverenlik, suverenlik, yurisdiksiya, bərabərlik və qarşılıqlılıq prinsipləri əsasında iqtisadi və nəqliyyat kommunikasiyaları açılmalıdır".


Geri dön