Ana Sayfa > Karusel / Sosial > Alimentə görə qəbula gələnlərin 50 faizinin rəsmi nikahı yoxdur- Deputat

Alimentə görə qəbula gələnlərin 50 faizinin rəsmi nikahı yoxdur- Deputat


23-01-2024, 12:51. Yazar: Admin

Aliment məsələləri ilə bağlı qəbula gələnlərin 50 faizinin rəsmi nikahı yoxdur.

Bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclasında deputat Tamam Cəfərova deyib.

“Rəsmi nikahdan yayınma halları, qızların təhsili və erkən nikahlar məsələlərinin də ictimai dinləmələrdə müzakirə olunması əhəmiyyətlidir”.

Komitə sədri Hicran Hüseynova isə rəsmi nikahlarla bağlı statistikanın heç də belə olmadığını bildirib.

“Əgər rəsmi nikahdan yayınma halı siz dediyiniz qədər olsa, bu ciddi problemlər yaradardı. Heç də Azərbaycanda statistika belə deyil. Digər məsələlərə isə, vurğuladığınız kimi, diqqət edilməlidir”, – deyə sədr əlavə edib(trend).


Geri dön