Ana Sayfa > Karusel / Təhsil > Şagird məktəbin önündə öldürüldü

Şagird məktəbin önündə öldürüldü


23-01-2024, 10:02. Yazar: Admin

sagird-mektebin-onunde-olduruldu

Yanvarın 23-də səhər saatlarında Gəncə şəhəri M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbin XI sinif şagirdi Raul Rəhimov məktəbin önündə kənar şəxs tərəfindən bıçaqlanıb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin məlumatına görə, şagird dərhal xəstəxanaya çatdırılsa da, vəfat edib. 

Hazırda hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.


Geri dön