Ana Sayfa > Karusel / Qarabağ / İqtisadiyyat > Ötən il azad olunmuş ərazilərin bərpasına xərclənmiş pulun məbləği açıqlandı

Ötən il azad olunmuş ərazilərin bərpasına xərclənmiş pulun məbləği açıqlandı


22-01-2024, 17:22. Yazar: Admin

İşğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün 2023-cü ilin dövlət büdcəsindən cəm olaraq 5588 mln. manat vəsait ayrılıb.

Bu barədə Maliyyə Nazirliyinin açıqlamasında bildirilib.

Qeyd edilib ki, bu vəsaitin 4800,0 mln. manatı və ya 85,9 faizi işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası ilə bağlı nəzərdə tutulmuş məqsədli xərclərin, 145,4 mln. manatı və ya 2,6 faizi Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondunun, 145,3 mln. manatı və ya 2,6 faizi dövlət büdcəsinin ehtiyat fondunun, 32,5 mln. manatı və ya 0,6 faizi dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) xərclərinin, 464,8 mln. manatı və ya 8,3 faizi dövlət büdcəsindəki digər mənbələr hesabına ayrılmış vəsaitlərin payına düşür.


Geri dön