Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Beynəlxalq Kosmik Stansiyada astronavtı Alper Gezeravcı ilə danışıqlar aparıb.
Qarabaginfo.az xəbər verir ki, bu barədə TRT kanalı məlumat yayıb.
"Təcrübələrimizə planlaşdırılan qrafik çərçivəsində başladım. Beynəlxalq Kosmik Stansiyadakı mühitə çox tez uyğunlaşdım. İşimi planlaşdırdığım kimi davam etdirirəm”, - o qeyd edib.
Ərdoğan canlı bağlantı zamanı astronavta təşəkkür edib.