Ana Sayfa > Karusel / Siyasət > Yunanıstanlı deputat AŞPA prezidenti seçildi

Yunanıstanlı deputat AŞPA prezidenti seçildi


22-01-2024, 15:56. Yazar: Admin

Teodoros Rosopulos (Theodoros Rousopoulos) Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti seçilib.

Qarabaginfo.az xəbər verir ki, Yunanıstandan olan deputat AŞPA-nın qış sessiyası zamanı qurumun prezidenti vəzifəsini icra edəcək.

Qeyd edək ki, yunan jurnalisti və siyasətçisi T.Rosopulos 2004-cü ildən 2008-ci ilin noyabrına qədər Konstantinos Karamanlis hökumətinin mətbuat katibi və informasiya və kommunikasiyaya məsələləri üzrə dövlət naziri olub.

O 2008-ci ildə Vatopedi maliyyə qalmaqalına görə istefaya getməyə məcbur olub.

 


Geri dön