Ana Sayfa > Karusel / Region > Rusiya ilə silahla bağlı problemlər həll olunub - Ermənistan MN

Rusiya ilə silahla bağlı problemlər həll olunub - Ermənistan MN


22-01-2024, 14:05. Yazar: Admin

Rusiya ilə silahla bağlı problemlər həll olunub - Ermənistan MN

 

"Rusiya şirkətləri ilə silah sektorunda problemli məsələlər əsasən həll olunub".

 

Qarabaginfo.az xəbər verir ki, bu, Ermənistan Müdafiə Nazirliyinin "Azadlıq Radiosu"nun erməni xidmətinin yazılı sorğusuna cavabında yazılıb.

Qeyd olunub ki, bununla belə, bəzi problemlər həllini tapmayıb.

 

Xatırladaq ki, uzun müddət baş nazir Nikol Paşinyan Moskvanı ödənişi edilmiş silahları İrəvana təhvil verməməkdə ittiham edirdi. Lakin bu yaxınlarda Rusiyadan Ermənistana "Smerç"lər tədarük olunub.


Geri dön