Ana Sayfa > Karusel / Siyasət > Aİ Ukraynaya 20 milyard avroluq hərbi yardım planı hazırlayıb- “The Wall Street Journal”

Aİ Ukraynaya 20 milyard avroluq hərbi yardım planı hazırlayıb- “The Wall Street Journal”


22-01-2024, 14:00. Yazar: Admin

Avropa İttifaqı Ukraynaya hərbi yardım üçün yeni fond yaratmağı planlaşdırır.

Qarabaginfo.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” Avropa Xarici Fəaliyyət Xidmətinin hazırladığı plana istinadən yazır.

Fondun həcmi dörd il ərzində 20 milyard avro olacaq.

Hərbi təchizatın maliyyələşdirilməsi üçün yeni mexanizm 50 milyard avroluq yardım paketinin ayrılması ilə bağlı fikir ayrılıqları fonunda təklif edilib. Aİ ölkələri plan layihəsini yanvarın 19-da alıblar.

Fondun Avropa Sülh Mexanizminin aktivlərindən 6,5 milyardı alacağı və 2024-cü ildən 2027-ci ilə qədər hər il 5 milyard avroya qədər vəsait ayıracağı gözlənilir.

Aİ ölkələri Ukraynaya pilotsuz təyyarələr, hava hücumundan müdafiə raketləri və döyüş sursatlarının təhvil verilməsinə görə təzminat ala biləcəklər. Həmçinin, vəsaitin bir hissəsi Ukrayna hərbçilərinin hərbi təlim proqramının xərclərinin ödənilməsinə yönəldiləcək.

Plan layihəsinə görə, 2024-cü ildə fond 7,5 milyard avro məbləğində kompensasiya təklif edə bilər.


Geri dön