Ana Sayfa > Karusel / Region > Avropalı nazirlər Ermənistan-Azərbaycanı müzakirə edəcək - Mişel hesabat verəcək

Avropalı nazirlər Ermənistan-Azərbaycanı müzakirə edəcək - Mişel hesabat verəcək


22-01-2024, 10:35. Yazar: Admin

 

Avropalı nazirlər Ermənistan-Azərbaycanı müzakirə edəcək - Mişel hesabat verəcək

Bu gün Avropa İttifaqının Xarici Əlaqələr Şurasının iclası keçiriləcək.

 

Qarabaginfo.az xəbər verir ki, üzv ölkələrin xarici işlər nazirlərinin qatılacağı iclasa təşkilatın xarici işlər və təhlükəsizlik üzrə ali nümayəndəsi Cozep Borrel sədrlik edəcək.

İclasda Rusiyanın Ukraynaya təcavüzü, Yaxın Şərqdəki vəziyyət müzakirə ediləcək. Görüşə Ukrayna, İsrail, Fələstinin xarici işlər nazirləri də qatılacaq.

 

"Sputnik"in məlumatına görə, Ermənistan-Azərbaycan münasibətləri Brüsseldə keçiriləcək Aİ Xarici Əlaqələr Şurasının gündəmindəki mövzulardan birinə çevriləcək. Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel bununla bağlı hesabat təqdim edəcək.


Geri dön