Ana Sayfa > Karusel / Dünya > Lavrov ABŞ-a GETDİ
Lavrov ABŞ-a GETDİ22-01-2024, 10:12. Yazar: Admin |
Rusiyanın xarici işlər naziri Sergey Lavrov BMT Təhlükəsizlik Şurasının keçirdiyi tədbirlərdə iştirak etmək üçüb ABŞ-ın Nyu-York şəhərinə gedib. Qarabaginfo.az Rusiya KİV-nə istinadən xəbər verir ki, nazirin BMT-yə səfərinin yanvarın 22-dən 24-dək davam edəcəyi gözlənilir. O, BMT Təhlükəsizlik Şurasının Yaxın Şərqdəki vəziyyətə, o cümlədən Fələstin məsələsinə dair rüblük açıq debatlarında, həmçinin Rusiyanın təşəbbüsü ilə Ukrayna məsələlərinə dair iclasda iştirak edəcək.
Xarici işlər nazirinin müavini Sergey Ryabkov daha əvvəl jurnalistlərə bildirib ki, Lavrov ABŞ dövlət katibi Antoni Blinkenlə hər hansı təmas planlaşdırmır.
Nazir sonuncu dəfə ötən ilin sentyabrında BMT Baş Assambleyasının yüksək səviyyəli həftəsində iştirak etmək üçün Nyu-Yorka səfər edib. Geri dön |