Ana Sayfa > Karusel / Dünya > Ötən il 196 nəfər Şimali Koreyadan qaçıb
Ötən il 196 nəfər Şimali Koreyadan qaçıb19-01-2024, 13:59. Yazar: Admin |
2023-cü ildə Koreya Xalq Demokratik Respublikasından (KXDR) Cənubi Koreyaya qaçanların sayı təxminən üç dəfə artıb.
Bildirilir ki, ötən il Şimali Koreyadan 196 nəfər qaçıb. 2022-ci ildə bu rəqəm 67 nəfər olub. Qeyd edək ki, COVID-19 pandemiyası başlamasından sonra ölkədən qaçanların sayı azalıb. 2019-cu ildə 1047 nəfər KXDR-dən Cənubi Koreyaya qaçmışdı. Qaçanların sayı 2009-cu ildə tarixdə ən yüksək həddə çatmışdı — 2252.
Nazirliyin məlumatına görə, 2023-cü ildə qaçanların yarısından çoxu 20-40 yaş arasındadır və 84%-i qadınlardır. Onlar əsasən sərhədi qeyri-qanuni keçənlər deyil, üçüncü ölkələrdən Şimali Koreyaya qayıtmaqdan imtina edənlərdir. Geri dön |