Ana Sayfa > Karusel / Gündəm > Partlayışda xəsarət alan 9 nəfərin vəziyyəti ağırdır - TƏBİB
Partlayışda xəsarət alan 9 nəfərin vəziyyəti ağırdır - TƏBİB19-01-2024, 12:56. Yazar: Admin |
Yanvarın 15-də Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsinin yaxınlığında sexdə partlayışla əlaqədar TƏBİB-in tabeliyindəki tibb müəssisələrində 10 nəfərin müalicəsi davam etdirilir.
Bu barədə Qarabaqinfo.az-a TƏBİB-dən bildirilib. Qeyd edilib ki, hazırda Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzində müalicə alan 9 nəfərdən 3-nün vəziyyəti ağır stabil, 6 nəfərin vəziyyəti isə orta ağır olaraq qalır.
Kliniki Tibbi Mərkəzin müvafiq şöbələrində isə 1 nəfərin müalicəsi davam etdirilir. 2 nəfər ambulator müalicə üçün evə buraxılıb. Geri dön |