Ana Sayfa > Karusel / Müsahibə > “Report”un “gözəgörünməz adamı”: “Heç vaxt məşhurlaşmaq dərdim olmayıb”
“Report”un “gözəgörünməz adamı”: “Heç vaxt məşhurlaşmaq dərdim olmayıb”12-12-2017, 16:58. Yazar: Admin |
"Qarabaginfo" Pərvin Abbasovla müsahibəni təqdim edir. Mediada bir sıra redaktorlar var ki, gördükləri çox işin müqabilində, daim kölgədə qalırlar. Yəni çox iş görürlər, amma az tanınırlar... Baxmayaraq ki, redaksiyada tutduqları posta görə ikinci adam sayılırlar. Onlar öz redaksiyalarının belə deyək ki, cəfakeşləridirlər. Çalışdıqları yerdə əsas iş icraçıları olan belə redaktorlardan biri də “Report” İnformasiya Agentliyində daxili siyasət şöbəsinin redaktoru Pərvin Abbasovdur. Modern.az saytının “Gözəgörünməz adam” rubrikasında onunla həmsöhbət olduq. - Pərvin müəllim, öncə oxucuların sizi daha yaxından tanıması üçün özünüz haqqında ətraflı məlumat verə bilərsinizmi? - 1982-ci il mayın 1-də Cəlilabad rayonunun Günəşli kəndində ziyalı ailəsində anadan olmuşam. 1988-1999-cu illərdə Günəşli kənd 1 saylı orta məktəbdə oxumuşam. 1999-cu ildə Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinə daxil olmuşam. 2003-cü ildə eyni ixtisas üzrə BDU-nun magistratura pilləsinə qəbul olundum və 2005-ci ildə oranı fərqlənmə diplomu ilə bitirdim. 2000-ci ildən etibarən mətbuatda yazılarım çap olunmağa başlayıb. 2003-cü ildən bu günə qədər davamlı olaraq mətbuatdayam. Ailəliyəm, iki oğlum var. Biri 5 yaşındadır və məktəbəqədər hazırlığa gedir. Kiçik oğlumun 2 yaşı var. Həyat yoldaşım Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsini bitirib, müəllim işləyirdi, hazırda çalışmır. - Mexanika-riyaziyyat fakültəsini bitirmisiniz, amma jurnalist kimi fəaliyyət göstərirsiniz... - Bizim təhsil müstəqilliyin ilk illərinə düşdü. O vaxt xüsusilə kənd yerlərində təhsil bir qədər zəif idi. Humanitar sahəyə marağım var idi, ancaq bu sahə üzrə yaxşı müəllimlər olsa da, onlar repetitorluq etmirdi. Dəqiq elmlər üzrə ali məktəbə daxil olmaq imkanı isə fərqliydi. Çünki məktəbimizdə riyaziyyat müəllimi uşaqları ali məktəbə hazırlaşdırırdı. Digər tərəfdən uşaqlıqdan riyaziyyat fənnini sevirdim. Nəticədə, bu istiqamətdə ali məktəbə hazırlaşıb daxil oldum. Hə, onu da deyim ki, ötən illərdə jurnalistlər üçün keçirilən xeyli sayda təlim və seminarlarda iştirak etmişəm. Yəni, bu istiqamət üzrə təhsil də almışam.
- “Xalq Cəbhəsi” qəzetində işləyəndə getdiyimiz tədbirlərdən Murad Əliyevi tanıyırdım. 10 ildən çoxdur ki, tanışıq. Mən APA informasiya agentliyində çalışanda o da “Trend” agentliyində idi. Hər ikimiz də parlament müxbiri kimi fəaliyyət göstərirdik. Münasibətimiz həmişə yaxşı olub və bir-birimizin bacarığına bələd idik, bir-birimizi bacarıqlı jurnaist kimi tanıyırdıq.Yəqin ki, məhz buna görə məni “Report”a çağırdı. - Bundan öncə qəzetlərdə, saytda çalışmısınız. Maraqlıdır, agentliyi digər media qurumlarından nələr fərqləndirir?
- O zaman “Report”un özünəməxsus xəbər mənbələri də var...
- Bunun özəl formulunun bir hissəsini deyə bilərəm. Amma digər hissəsini yəqin ki, 10-15 ildən sonra demək olar. Uğur əldə etməyimizin əsas səbəbi ilk növbədə “Report”dakı ab-hava ilə bağlıdır. Bu da yaxşı rəhbərlikdən, baş redaktordan və bacarıqlı işçilərdən irəli gələn bir şeydir. Digər tərəfdən burada rəqabət mühiti formalaşıb. “Report” yeni yaranan vaxtlarda redaktor olaraq müxbirlərə “niyə filan xəbəri birinci xəbəri sən verməmisən” deyirdik. Amma indi deməyə ehtiyac olmur, çünki müxbirlər bu sualı özlərinə verirlər. Biz bunu az-az deyirik.
- Bəzən xəbər yayımlanandan müəyyən müddət sonra haralardansa zəng edirlər ki, filan xəbəri çıxarın. Sizcə hansı hallarda xəbər saytdan çıxarıla bilər? Yaxud artıq yayımlanmış xəbəri çıxarmaq düzgündürmü?
- Medianın digər problemlərindən biri istinaddır. Siz özünüz də sosial şəbəkədə dəfələrlə bu cür halları vurğulamısınız... - Bilirsiniz, xəbər götürülürsə, mütləq istinad olmalıdır. Bu, ən adi xəbərdən tutmuş, vacib xəbərlərə qədər hamısına aiddir. Məsələn, prezidentin sərəncamları, fərmanları, yaxud Nazirlər Kabinetetinin qərarları dərc olunur. Mən bilirəm ki, Azərbaycan mətbuatında bu sərəncam, fərmanları, qərarları xəbər halına sala biləcək dörd-beş nəfər var. Amma həmin xəbərlərə bütün saytlarda, əksər hallarda istinadsız rast gəlmək olur. - Həmin bacarıqlı dörd-beş nəfər kimlərdir?
- Bir sıra saytlar istinadı göstərsə də, bunu küncə yazmaqla edir. Təbii ki, bu istinad da tam qəbulolunan deyil. İstinadla bağlı problemləri bir çox hallarda çalışırıq saytlarla öz aramızda həll edək. Amma bəzən o qədər önəmli xəbər olur ki, adam dözmür. Biz əsasən vacib xəbərlərin “davasını” edirik, hər xəbərin dalınca düşmürük. Çünki saytların da sayı çoxdur və fiziki olaraq da çatdırmaq mümkün deyil. Amma imkan düşdükcə, özlərinə deyirik. - İstinad etməmək məsələsi xüsusilə televiziyalarda daha çox müşahidə edilir. - İstinad məsələsini sıralama ilə götürsək, saytlar nisbətən daha çox istinad edir, radiolar onlardan az istinad edir, televiziyalar isə demək olar ki, istinad etmir, daha doğrusu, nadir hallarda edir. Hər gün işə gələndə “Report”un xəbərlərini 106.3 radiosunda eşidirəm. Sağ olsunlar, səhər xəbərlərində bir-iki xəbərimizi istinadla verirlər. Həmçinin “Radio Antenn 101 FM” də xəbərlərimizdən istinadla istifadə edir. Digər radiolardan xəbərim yoxdur. Ümumilikdə isə bilirəm ki, radiolar bir sıra hallarda xəbərləri istinad etmədən yayır. - Dediyiniz kimi, saytların sayı çoxdur və hamısı ilə mübarizə aparmağa heç fiziki güc də çatmaz. Amma televiziyaların sayı o qədər də çox deyil. Bu baxımdan necə düşünürsünüz, onlarla mübarizə aparmaq mümkündürmü?
- İstərdim qeyd etdiyiniz tanışlıq məsələsinə toxunum. Jurnalistika elə bir sahədir ki, burada bir-biri tanımayan demək olar ki, yoxdur. Bu cür hal sizə nə vaxtsa problem yaradıbmı?
- “Report” agentliyi hansı tanınmış imzaların ilk iş yeri olub?
Elə əməkdaşlarımız da var ki, ilk iş yerləri bura olmasa da, imzaları tanınır. Məsələn, İlkin Pirəli çox yaxşı parlament müxbiridir, Nazirlər Kabinetinin qəralarını, qanun layihələri ilə bağlı xəbərləri çox yaxşı hazırlayır, müsahibələri, xəbərləri elə yazır ki, demək olar redaktəyə ehtiyacı olmur. Samirə Abdullayeva da bacarıqlı əməkdaşlarımızdandır, onun spesifik xüsusiyyəti çox sürətli yazmağındadı. Nurlan Məmmədov bizə qədər televziyada işləyib, “Report” onun çalışdığı ilk informasiya agentliyidir. O, televiziya tamaşaçılarına yaxşı tanış olsa da, imzası bizdə parladı.
Digər tərəfdən, gənc jurnalistlərə məsləhət görərdim ki, sosial şəbəkədə az status yazsınlar. Bunun əvəzinə xəbər yazsınlar. Çoxlu kitab oxusunlar, kinolara baxsınlar. Ümumiyyətlə, jurnalistin status yazması mübahisəli məsələdir. Tutaq ki, siz səhər duranda qonşuda evin yandığını görürsünüz və bununla bağlı status yazırsınız. Halbuki, məlumatı birinci redaksiyaya deməlisiniz. Status yazmaq istəyirsinizsə, xəbər hazır olandan və saytda çıxandan sonra paylaşa bilərsən. - Yəni, jurnalistin sosial şəbəkələrdəki fəaliyyəti birbaşa işi ilə bağlı olmalıdır?
- Sizcə, öndə olub tanınmaq, yoxsa “gözəgörünməz” qalmaq yaxşıdır? - Mənim heç vaxt məşhurlaşmaq dərdim olmayıb. Müəyyən qisim adamlar – ictimai xadimlər, o cümlədən ziyalılar, deputatlar və başqaları - məni tanıyırlar. Məşhurlaşmaq istəsəydim, yəqin ki, televiziyada işləyərdim. Mənə “Report”dan əvvəl də, burda işləyəndə də televiziyadan təklif gəlib, amma getməmişəm. Orada olsam belə, redaktor kimi çalışaram. Hansısa verilişin aparıcısı olmaq mənlik deyil. Həm də məşhur olanda şəhərdə rahat gəzmək də olmur. - Pərvin Abbasov ailə başçısı və iş yoldaşı kimi necə biridir? Çox zaman hər iki obraz üst-üstə düşmür. - Təbii ki, adam işdə və evdə fərqli olur. Əksər hallarda evə yorğun gedirsən. Amma uşaqları görəndə yorğunluğu unudursan. “Onlayn” mətbuat çox stresli sahədir. Bizdə sırf xəbər istehsalıdır deyə, çox yoruluruq. Amma işdə çalışırıq ki, müəyyən zarafatlarla bunu aradan qaldıraq. İşin gərginliyini isə evə aparmaq olmaz. - Yaşlı jurnalistikanın nümayəndələri “jurnalist yerində durmaz, ora-bura qaçar” deyirlər... İndi isə ofis jurnalistikası formalaşıb. Buna münasibətiniz necədir? - Önəmli bir hadisə olubsa, ora getmək lazımdır. Məsələn, Binəqədidəki yanğın vaxtı demək olar ki, bütün redaksiya onunla məşğul idi. Hadisə yerinə iki müxbir və iki fotoqraf göndərmişdik, eyni zamanda ofisdəkilər də müvafiq yerlərə zəng vurub xəbər alırdılar. Redaksiyada da oturub xəbərlər yazmaq olar. Jurnalist həm də tədbirlərə getməlidir. Bu, jurnalistin işlədiyi sahədən də aslıdır. Jurnalist hətta ən mənasız tədbirlərdən belə maraqlı xəbər, hətta yeni mənbə əldə edə bilər. O, həm ofisdə oturmalı, həm də kənara çıxmalıdır. Yəni uyğun vaxtda uyğun yerdə olmalıdır. - “Kaş jurnalistikada yox, mexanika-riyaziyyat üzrə çalışardım” dediyiniz vaxtlar olubmu?
- “Mətbuatın bu gündə olmağının günahı qeyri-ixtisasdan gələnlərdədir” deyənlərin əksəriyyəri ümumiyyətlə danışmaqla məşğul olanlar, xəbərin, xəbər istehsalı prosesinin nə olduğunu bilməyən adamlardır. Ümumiyyətlə, jurnalistikadan bir çox hallarda bu sahəyə aidiyyatı olmayan adamlar danışır. Mətbuatın içində olanlar adətən işləri ilə məşğuldurlar. Məsələn, mən ayda-ildə bir dəfə hansısa sayta açıqlama verərəm. Səhərdən axşama qədər çalışıram. Jurnalistikanın indiki vəziyyətdə olmağının isə xüsusi bir səbəbi də yoxdur. Cəmiyyət necədirsə, jurnalistika da elədir. - Necə düşünürsünüz, Azərbaycan mətbuatında əsas problem nələrlə bağlıdır?
Geri dön |