Ana Sayfa > Karusel / Region > Paşinyan separatçıların başçılarından danışmaq İSTƏMƏDİ

Paşinyan separatçıların başçılarından danışmaq İSTƏMƏDİ


18-01-2024, 12:28. Yazar: Admin

Paşinyan separatçıların başçılarından danışmaq İSTƏMƏDİ

 

Ermənistan rəhbərliyi Qarabağdan qovulmuş separatçıların keçmiş başçılarının Azərbaycanda həbsdə saxlanılması ilə demək olar ki, barışıb.
 

Qarabaginfo.az xəbər verir ki, bu haqda “Hraparak” nəşrinin bugünkü məqaləsindən bildirilib. Qeyd edilib ki, Baş nazir Nikol Paşinyan dünən Ermənistan parlamentinin “Hayastan” fraksiyasının deputatı Aqvan Vardanyanın Bakıda həbsdə saxlanılarn separatçılarla bağlı sualına cavab verməkdən sadəcə imtina edib.

Parlamentin sədri Alen Simonyan isə müxalifət deputatına məsələ ilə bağlı hökumətə yazılı müraciət etməyi məsləhət görüb.

“Hraparak” yazır ki, Ermənistan Bakıda həbsdə saxlanılan separatçıların azad olunmasına laqeyd yanaşır, çünki onlardan təhlükə görür.

Qarabağ terrorçularının keçmiş “komandan müavini” Davit Manukyanın “Hayastan” fraksiyasının deputatı olan qardaşı Qeqam Manukyanın da hökumətin hərəkətləri ilə bağlı susduğu bildirilir.

Uzun illər Qarabağ separatçılarının eks-başçısı Bako Saakyanın “müşaviri” olmuş “Mənim namusum var” fraksiyasının deputatı Tiqran Abramyan bildirib ki, Ermənistan hakimiyyəti qondarma “Artsaxın hərbi-siyasi rəhbərliyi”nin geri qaytarılması üçün heç bir tədbirlər görmür və məsələni unutdurmağa çalışır.

O, təəssüflə qeyd edib ki, müxalifətin alətləri yetərli deyil ki, məsələni beynəlxalq gündəmdə saxlasın.

Xatırladaq ki, qondarma “Artsax”ın üç keçmiş başçısı Arkadi Qukasyan, Bako Saakyan, Arayik Arutyunyan, separtçıların qanunsuz ordusunun “keçmiş komandanı” Levon Mnatsakanyan, onun “keçmiş müavini” Davit Manukyan, “keçmiş dövlət naziri” Ruben Vardanyan və “keçmiş xarici işlər naziri” Davit Babayan, qondarma “parlamentin spiker”i Davit İşxanyan hazırda Bakıda həbsdədirlər.

Separatçılıq və terrorçuluqda ittiham olunan bu şəxslər istintaq dövrü üçün 6 aylığa həbs olunub.


Geri dön