Ana Sayfa > Karusel / Səhiyyə > Əhliman Əmiraslanov: İradlar aradan qaldırılıb, “Reproduktiv sağlamlıq haqqında” qanunun müzakirəyə çıxarılacağına əminəm

Əhliman Əmiraslanov: İradlar aradan qaldırılıb, “Reproduktiv sağlamlıq haqqında” qanunun müzakirəyə çıxarılacağına əminəm


18-01-2024, 11:39. Yazar: Admin

Əhliman Əmiraslanov: İradlar aradan qaldırılıb, “Reproduktiv sağlamlıq haqqında” qanunun müzakirəyə çıxarılacağına əminəm

Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında komitə sədri Əhliman Əmiraslanov “Reproduktiv sağlamlıq haqqında” qanunun İş planına salınmamasının səbəbini açıqlayıb.

Qarabaginfo.az xəbər verir ki, komitə sədri bildirib ki, “Reproduktiv sağlamlıq haqqında” qanunla Səhiyyə Nazirliyi çox ciddi məşğul olur.

Əhliman Əmiraslanov şəxsən səhiyyə naziri ilə bu qanunla bağlı görüşdüyünü nəzərə çatdırıb: “Qanun üzərində yeni iş gedir. Biz inanırıq ki, yaz sessiyasında bu qanun komitəmizə daxil olacaq və biz onu yaz sessiyasında qəbul edəcəyik. Bu qanunla bağlı ciddi müzakirələr gedir, bir çox rəylərə göndərilib. Rəylərə əsasən, bir çox iradlar, tənqidlərə baxılıb, aradan qaldırılı. Əminəm ki, bu sessiyada bu qanun layihəsi parlamentdə müzakirəyə çıxarılacaq”.


Geri dön