Ana Sayfa > Karusel / İqtisadiyyat > Qışda kəskin uculaşma: Bazarlarda pomidor niyə "su qiyməti"nə satılır?
Qışda kəskin uculaşma: Bazarlarda pomidor niyə "su qiyməti"nə satılır?18-01-2024, 10:53. Yazar: Admin |
Bakı bazarlarında pomidorun qiymətlərində kəskin ucuzlaşma müşahidə edilir. Hazırki qiymətlər keçən illə müqayisədə təxminən 2-3 dəfə aşağıdır. Pomidorun kiloqramı təxminən 1- 3,50 manata təklif edilir. Bəzi satıcılar deyirlər ki, keçən ilin yanvar ayında 4-5 manatdan aşağı pomidor satılmırdı.
Bəs, qış mövsümündə məhsulun kəskin ucuzlaşması nə ilə bağlı ola bilər?
Qarabaqinfo.az-ın məlumatına görə, aqrar sahə üzrə ekspert Mircavid Həsənov "Sputnik"ə deyib ki, bu, Yeni il bayramından sonra ticarətin zəifləməsi ilə bağlıdır:
"Bayramdan sonra tələb azaldığına görə Azərbaycandan Rusiyaya pomidor ixracı aşağı düşüb. Başqa sözlə, ixrac üçün nəzərdə tutulan pomidorlar daxili bazarlara yönəldilib və ona görə də hazırda daxili bazarımızda pomidorun qiyməti aşağı düşüb. Lakin bu ucuzlaşma müvəqqəti haldır və qiymət yenidən qalxacaq. Açıq sahələrdə pomidorlar çıxandan sonra qiymətlər yenidən düşəcək".
Geri dön |