Ana Sayfa > Karusel / Gündəm > Ekologiya və Təbii Sərvətlər Nazirliyində yeni TƏYİNATLAR

Ekologiya və Təbii Sərvətlər Nazirliyində yeni TƏYİNATLAR


17-01-2024, 15:48. Yazar: Admin

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyində yeni TƏYİNATLAR

Ramik Əşrəfov Meşələrin İnkişafı Xidmətinin rəisi vəzifəsinə təyin edilib.

 

Bu barədə Qarabaqinfo.az -a ETSN-in mətbuat katibi İradə İbrahimova bildirib.

 

R.Əşrəfov bu təyinatadək “Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” ASC-nin sədri vəzifəsində çalışıb.

 

Ramik Əşrəfov ixtisasca meşə təsərrüfatı mühəndisidir, Voronej Meşə Texnologiyası İnstitutunda meşə təsərrüfatı mühəndisi ixtisası üzrə təhsil alıb. 1988-ci ildən bugünədək meşə təsərrüfatı və ekologiya sahəsində müxtəlif vəzifələrdə çalışıb.

 

Nazirlik sözçüsü “Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” ASC-nin sədri vəzifəsinə də yeni təyinat olduğunu qeyd edib:

 

"Bu vəzifə ASC-nin sədr müavini işləyən Cavid Abdullayevə həvalə olunub. C.Abdullayev Azərbaycan Dövlət İqtisad Universitetini bitirib, “Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” Açıq Səhmdar Cəmiyyətində müxtəlif vəzifələrdə işləyib. 2022-ci ildən bugünədək ASC- də sədr müavini olub".


Geri dön