Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205
Ana Sayfa > Karusel / Siyasət > Milli Qəhrəmanlar İlham Əliyevə səs verəcək
Milli Qəhrəmanlar İlham Əliyevə səs verəcək17-01-2024, 15:33. Yazar: Admin |
![]() Bu ilin fevral ayının 7-də Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkiləri yaxınlaşdıqca cəmiyyətin müxtəlif təbəqələrinin üzvləri öz mövqelərini açıqlayırlar.
Qarabaqinfo.az bununla bağlı Milli Qəhrəmanlar arasında sorğu keçirib.
Saytımıza açıqlamasında Milli Qəhrəman İbad Hüseynov seçkilərdə İlham Əliyevin alternativsiz lider olduğunu bildirib:
“Mən həmişə qorxurdum ki, torpaqlarımız bizə sülh yolu ilə azad edək... Bir hərbiçi kimi mənim istəyim başqaydı. Mən o anı gözləyirdim ki, Ali Baş Komandanımız döyüş əmri verə. O an gəldi və döyüş əmriylə bütün xalq ayağa qalxdı, igid oğullarımız döyüşə yollandı. Çox şükür ki, bizim belə Ali Baş Komandanımız var və o, bu döyüşü şanlı zəfərlə başa vurdu, düşməni diz çökdürdü. Bu, tariximizin ən parlaq səhifəsidir. Əlbəttə buna Cənab Prezidentin ətrafında sıx birləşməklə nail olduq. 7 fevralda növbədənkənar prezident seçkilərində də yenə bir olmalıyıq, səsimizi o böyük şəxsiyyətə verməliyik. Tez-tez tədbirlərdə, şəhid ailələri ilə görüşlərdə oluram. İnsanlar böyük sevinclə, həvəslə bu seçkiyə hazırlaşırlar. Birmənalı şəkildə deyirəm ki, Cənab İlham Əliyev bütün xalqın səsini qazanacaq və yenidən Azərbaycan Prezidenti olacaq. Çünki bu gün Azərbaycanın ərazi bütövlüyü tam bərpa edilib və bu böyük həqiqətin altında cəmi bir imza var - Ali Baş Komandan, Prezident İlham Əliyev.
Xalqımız İlham Əliyevə inanır...
"Bizim bir prezidentimiz var, o da Ali Baş Komadnanımız İlham Əliyev cənablarıdır. Allah onu qorusun. Bu gün azərbaycanlılar olaraq dünyanın ən xoşbəxti bizik. Bunun da başında cənab İlham Əliyev dayanır. Bu boyda qara buludlar başımızın üstündən götürüldü. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin! Bu Zəfər Prezidentimizin, Ali Baş Komandanımızın hesabınadır”. İnsanlar böyük coşğu ilə İlham Əliyevi dəstəkləyir...
Geri dön |