Ana Sayfa > Karusel / İqtisadiyyat > Məşhur şirkət 12 min nəfəri işdən çıxaracaq

Məşhur şirkət 12 min nəfəri işdən çıxaracaq


17-01-2024, 12:40. Yazar: Admin

 

Məşhur şirkət 12 min nəfəri işdən çıxaracaq

“Alphabet” holdinqinə məxsus “Google” kompaniyası yeni ilə işçi ixtisarları ilə başlayıb və bir neçə komandada yüzlərlə əməkdaşını işdən çıxarmaq qərarına gəlib.

 

Qarabaqinfo.az  xəbər verir ki, internet nəhəngi yanvarın 16-da reklam-satış komandasından yüzlərlə işçinin ixtisar olunacağını elan edib.

 

“Google” ötən həftə “Voice Assistant” komandasından yüzlərlə əməkdaşı ilə müqaviləyə xitam veriləcəyini, “Pixel”, “Nest” və “Fitbit”ə cavabdeh komandalardakı personalın sayını ixtisar edəcəyini və “əlavə reallıq” komandasındakı insanların əksəriyyətinin işdən çıxaracağını açıqlayıb.

 

“Amazon.com” kompaniyası da yüzlərlə əməkdaşını işdən çıxarmaq niyyətində olduğunu bildirib.

 

KİV-də yayılan məlumatlara görə, “Alphabet” holdinqi ümumilikdə 12 min iş yerini ixtisar etməyi planlaşdırır.


Geri dön