Ana Sayfa > Karusel / Hadisə > Ötən sutka 15 yanğın olub - 10 nəfər xilas edilib

Ötən sutka 15 yanğın olub - 10 nəfər xilas edilib


17-01-2024, 12:20. Yazar: Admin

Ötən sutka 15 yanğın olub - 10 nəfər xilas edilib

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

 

FHN-in Mətbuat xidmətindən Qarabaqinfo.az-a verilən məlumata görə, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 15 yanğına çıxış və 8 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

 

Ümumilikdə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən sutka ərzində 5-i azyaşlı olmaqla 10 nəfər xilas edilib, 2 nəfərin meyiti dağıntılar altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.


Geri dön