Ana Sayfa > Karusel / Sosial > Siqaret çəkənlər azalıb... - STATİSTİKA

Siqaret çəkənlər azalıb... - STATİSTİKA


16-01-2024, 15:59. Yazar: Admin

Siqaret çəkənlər azalıb... - STATİSTİKA

 

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) dünyada tütün istehlakının azaldığını açıqlayıb.

 

Qarabaginfo.az xəbər verir ki, bu barədə ÜST-nin saytında dərc edilmiş hesabatda qeyd olunub.

 

2022-ci ildə, ÜST-nin hesablamalarına görə, dünyada təxminən 1,25 milyard insan və ya planetin hər beş "böyüyündən" biri tütündən istifadə edib. 2000-ci ildə 1,36 milyard insan və ya planetin hər üçüncü adamı tütün istehlak edib. 

Bildirilib ki, 2000-ci ildə dünya üzrə kişilərin 49,1%-i və qadınların 16,3%-i bu və ya digər formada tütündən istifadə edib. O vaxtdan tütün sənayesinin inkişafına baxmayaraq, dünya əhalisi arasında tütündən istifadə azalmağa başlayıb. ÜST-ün proqnozlarına görə, tütün asılılığı ilə mübarizə tədbirlərinin intensivliyi davam edərsə, onun yayılması 2025-ci ildə 32,9%-ə, 2030-cu ilə qədər isə 30,6%-ə qədər azalacaq.

 

Hesabata görə, 2022-ci ildə tütündən istifadə edən əhalinin ən yüksək nisbəti Cənub-Şərqi Asiya regionunda qeydə alınıb - 26,5%. Avropa regionunda insanların 25,3%-i tütündən istifadə edib və burada qadınlar arasında tütündən istifadə səviyyəsi dünya üzrə orta göstəricidən iki dəfə çox olub.

 

2022-ci ilin sonuna qədər 150 ölkədə tütündən istifadənin yayılması azalıb. Bununla belə, Konqo, Misir, İndoneziya, İordaniya, Oman və Moldova kimi ölkələrdə tütün istehlakı nisbətləri hələ də artmaqdadır.


Geri dön