Ana Sayfa > Karusel / Region > Gürcüstan vətəndaşının Bakıda partlayışda öldüyü təsdiqlənib

Gürcüstan vətəndaşının Bakıda partlayışda öldüyü təsdiqlənib


16-01-2024, 12:32. Yazar: Admin

Gürcüstan Xarici İşlər Nazirliyi Bakıda mebel sexində baş vermiş partlayış nəticəsində Gürcüstan vətəndaşının həlak olmasını təsdiqləyib.

XİN yerli KİV-ə açıqlamasında həlak olan şəxsin ailə üzvləri ilə əlaqədə olduğu bəyan edilib.

“Gürcüstan vətəndaşının həlak olması faktı təsdiqlənib. Gürcüstanın Azərbaycan Respublikasındakı səfirliyi mərhumun ailə üzvləri ilə əlaqədədir”, – məlumatda bildirilib.

Gürcüstanın “Mtavari Arxi” telekanalı həlak olanlardan birinin Bolnisinin Naxiduri (Arıxlı) kəndindən olan 35 yaşlı Gürcüstan vətəndaşı Sərrac Yusubov olması barədə məlumat yayıb


Geri dön