Ana Sayfa > Karusel / Sosial > Veteranlara verilən 80 manatın artırılmasına baxıla bilər –Nazir müavini açıqlama verdi

Veteranlara verilən 80 manatın artırılmasına baxıla bilər –Nazir müavini açıqlama verdi


16-01-2024, 12:30. Yazar: Admin

Vətən müharibəsi iştirakçılarına ödənilən vəsaitin artırılıb-artırılmayacağı məsələsinə aydınlıq gətirilib.

Bu barədə əmək və əhalinin sosial müdafiə nazirinin müavini Anar Əliyev 2023-cü ilin yekunlarına dair mətbuat konfransında məlumat verib.

O bildirib ki, hazırda həmin şəxslərə 80 manat məbləğində vəsait ödənilir: “Nazirlik tərəfindən qazilərin müvafiq iş yerləri ilə təmin olunması istiqamətində iş aparılır. Əhaliyə ödənilən sosial ödənişlərin artırılması fonunda bu məsələyə də baxıla bilər”.


Geri dön