Ana Sayfa > Karusel / Region > Türkiyədə avtobus qəzasında 9 nəfər ölüb, 30 nəfər yaralanıb - QƏZA ANI

Türkiyədə avtobus qəzasında 9 nəfər ölüb, 30 nəfər yaralanıb - QƏZA ANI


16-01-2024, 10:08. Yazar: Admin

Türkiyədə avtobus qəzasında 9 nəfər ölüb, 30 nəfər yaralanıb - QƏZA ANI

Türkiyənin cənub-şərqində avtobusun maneəyə çırpılması nəticəsində 9 nəfər ölüb, daha 30 nəfər yaralanıb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə TRT Haber məlumat yayıb.

“Antalyadan Mersinə gedən sərnişin avtobusu Aydıncık rayonunda Sarıyer tunelinin çıxışında naməlum səbəbdən maneələrə çırpılıb və aşıb. İlkin məlumata görə, qəza nəticəsində avtobus sürücüsü də daxil olmaqla 9 nəfər ölüb, 28 nəfər xəsarət alıb”, - məlumatda deyilir.

Zərərçəkənlər tibb müəssisələrinə yerləşdirilib. Hüquq-mühafizə orqanları hadisəni araşdırır.


Geri dön