Ana Sayfa > Karusel / Gündəm > İrəvanla Bakı arasında birbaşa danışıqların aparılması istisna deyil - Simonyan

İrəvanla Bakı arasında birbaşa danışıqların aparılması istisna deyil - Simonyan


15-01-2024, 16:42. Yazar: Admin

İrəvanla Bakı arasında birbaşa danışıqların aparılması istisna deyil - Simonyan

İrəvanla Bakı arasında birbaşa danışıqların aparılması istisna deyil.

 

Qarabaqinfo.az  xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib.

 

O qeyd edib ki, sülh prosesində vasitəçi olmaq istəyən hər bir ölkənin öz maraqları var.

 

“Məsələni romantikləşdirmək lazım deyil. Tutalım hesab edək ki, fransızlar bizim gözəl gözlərimizə, tariximizə aşiq olublar, bunlar nağıldır. Maraqlar ya üst-üstə düşür, ya da düşmür”, - o bildirib.

 

Simonyan qeyd edib ki, Ermənistan və Azərbaycan üzərində təsir rıçaqlarına sahib olmaq istəyən bütün ölkələr “yaxşı” vasitəçi olmağa çalışırlar, lakin İrəvan və Bakı böyük oyunlarda sövdələşmə obyektinə çevrilməmək üçün problemlərini özləri həll etməlidirlər.


Geri dön