Ana Sayfa > Karusel / Gündəm > Partlayış olan sexin 2750 kvadratmetr sahəsi dağılıb
Partlayış olan sexin 2750 kvadratmetr sahəsi dağılıb15-01-2024, 16:33. Yazar: Admin |
Binəqədi rayonu, Abay Kunanbayev küçəsində yerləşən mebel sexində baş verən yanğın söndürülüb.
Qarabaqinfo.az xəbər verir ki, bunu Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini, polkovnik Rza Xudiyev deyib.
O bildirib ki, saat 11:54 radələrində yanğınla bağlı məlumat daxil olub. Ərazi üzrə 3 yanğın bölməsi hadisə yerinə çatıb:
"Bakı qarnizonu 2 saylı çağırışla əraziyə cəlb edilib. Sahəsi 13 min kvadratmetr olan istehsal sexinin 2750 kvadratmetrlik sahəsi dağıntılara məruz qalıb və ərazidə yanğın baş verib. Axtarışlar zamanı 3 nəfərin cəsədi dağıntılar arasında tapılıb, 3 nəfər xilas edilib. Hadisə yerində istintaq qrupu tədqiqat işləri aparır". Geri dön |