Ana Sayfa > Karusel / Region > Hindistan Ermənistanla İran üzərindən ticarət edəcək

Hindistan Ermənistanla İran üzərindən ticarət edəcək


15-01-2024, 10:58. Yazar: Admin

Hindistan Ermənistanla İran üzərindən ticarət edəcək

 

"Hindistan və Ermənistan arasında İrandan keçən ticarət marşrutu 2024-cü ilin may ayına qədər açılacaq".

 

Qarabaginfo.az xəbər verir ki, bunu Ermənistanın iqtisadiyyat naziri Vahan Kerobyan "Sputnik Armenia"ya bildirib.

"Hindistanlı həmkarlar ilə son görüşlər bizə fəaliyyət planını müəyyən etməyə imkan verdi. Söhbət yüklərin maneəsiz daşınmasından və elektron sənəd dövriyyəsi standartlarının tətbiqindən gedir", - nazir vurğulayıb.

 

"Özəl sərmayələr hesabına limanda lazımi infrastrukturun yaradılması ən yaxşı variantdır. Amma bu baş verməsə, dövlət də öz töhfəsini verməyə hazırdır", - o qeyd edib.


Geri dön